
"İnter"in Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan
Serbiyanın "Mladost" klubu heyətini gücləndirib. Premyer.az xəbər verir
ki, Luçani təmsilçisi 3 hücumçunu sıralarına qatıb. Bunlar Nenad
Marinkoviç, İvan Markoviç və Uroş Sindziçdir.
"Mladost" ötən günlərdə Özbəkistan millisinin hücumçusu Husniddin Qafurov və qanalı forvard Bismark Appyanı da transfer edib.
Qeyd edək ki, "İnter"in "Mladost"la ilk görüşü iyunun 29-da səfərdə
baş tutacaq. Cavab görüşünü isə iyulun 6-da Bakıda keçiriləcək.