» » » Məsut Özil Bakıya gələ biləcək mi?

Məsut Özil Bakıya gələ biləcək mi?

Almaniya millisinin və "Arsenal"ın futbolçusu Məsut Özilin son durumuna aydınlıq gəlib.

Premyer.az bildirir ki, "Kicker"in yazdığına görə, o, məşq vaxtı zədə alsa da, İngiltərə yığması ilə yoldaşlıq görüşündə və millimizlə DÇ-2018-in seçmə mərhələsində çərçivəsində keçiriləcək matçda iştirak edəcək. Özil bu gündən yığmanın düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, "Arsenal"ın futbolçusu zədə səbəbindən İngiltərə Premyer Liqasında "Vest Bromviç"lə oyunu buraxıb.

Almaniya millisi martın 22-i Dortmundda İngiltərə ilə yoldaşlıq oyununda, bundan 4 gün sonra isə Bakıda millimizlə rəsmi matçda qarşılaşacaq.
679     
Reklam

Reklam