
"Səbail" FK UEFA-nın "İrqçiliyə yox deyək!" kampaniyasına dəstək olub. Premyer.az xəbər verir ki, Azərbaycanın Birinci Divizionunun öndə gedən komandalarından biri olan klub, öz rəsmi Facebook səhifəsində aşağıdakı müraciəti edib:
"Səbail" FK UEFA-nın "İrqçiliyə yox deyək!" kampaniyasına dəstək olur
Bu gün dünyada müxtəlif sahələrdə olduğu kimi, futbolda da irqçilik
ciddi problemə çevrilib. Nəinki futbolçular, hakimlər, hətta azarkeşlər
də dəri rənglərinə, yaşadıqları ölkəyə, mənsub olduqları dinə, hətta
dünyagörüşlərinə görə təhqir olunurlar və təzyiqlərə məruz qalırlar.
"Səbail" FK futbol adına ləkə salan və ümumiyyətlə, insanlıqdan uzaq
olan bu cür halları pisləyir, irqçiliyə qarşı mübarizə aparacağını bəyan edir.
Futbol - bütün dünyanı bir meydanda birləşdirir.
Futbol - müxtəlifliyi ilə seçilən insanları azarkeş bayrağı altında futbol klublarının ətrafına toplayır.
Futbol - sərhədsizdir. O dostluqdur, o sülhdür, o idmandır, o sağlamlıqdır, o sağlam düşüncədir!
"Səbail" FK hər kəsi sağlam düşünməyə, sağlam futbolu dəstəkləməyə və
insanlar arasında fərq qoymamağa çağırır. Yeganə fərqimiz azarkeşlik
etdiyimiz komandalar olsun!
#SabailFC #SəbailFKirqçiliyəqarşı #SabailFC2017