
Azərbaycanın Birinci Divizionunda
mübarizə aparan və çempionatının sonuna 9 tur qalmış, 14 komanda arasında 8-ci
yerdə qərarlaşan MOİK-in kapitanı Orxan Həsənov Premyer.az saytının suallarını cavablandırıb.
Müsahibəni diqqətinizə çatdırırıq:
-
Növbəti turda "Şahdağ"la
səfər qarşılaşması gözləyir sizi. Oyuna hazırlıq necə gedir?
-
Son iki oyundakı qələbələrdən sonra
komandada abu-hava çox yaxşıdır. Hamı canla-başla məşq edir. Bu oyundan 3 xalla
qayıdacağımıza inanırıq.
-
Qış fasiləsi zamanı heyətini xeyli
gücləndirən "Şahdağ" qeyri-stabil oyun nümayiş etdirməsinə
baxmayaraq, son oyunda güclü "Zaqatala" ilə heç-heçə etməyi bacarıb.
Bu sizi qorxutmur ki?
-
Xeyir, belə bir qorxumuz yoxdur,
amma bilir ki çətin oyun olacaq. Onsuzda bizə asan rəqib yoxdur. Amma bir şeyi
də qeyd edim ki, biz rəqib komandaya baxmırıq, əsas bizim öz oyunumuzdur. Biz
hər oyuna qələbə ruhu ilə çıxırıq.
-
Komandanın kapitanı sarğısını
daşıyırsan. Üzərində məsuliyyət hiss edirsən mi?
-
Əlbətdə hiss edirəm. Uşaqlar da sağ
olsun, mənə hörmət qoyurlar. Böyüklər də, kiçiklər də hörmətlə yanaşırlar mənə.
-
Bu mövsüm hakimliklə əlaqədar
problemləriniz var mı? Komandanızın oyununda hansı hakimi görmək istəməzdiz?
-
Hakimliklə bağlı heç nə danışmaq
istəmirəmm. Bu suala ancaq rəhbərlik cavab verə bilər. Bircə onu deyə bilərəm
ki, akimlərdən ən çox bəyəndiyim Əliyar Ağayevdir.
-
Son zamanlar bir çox komandalar
maliyyə probleri ilə üzləşir, bu da futbolçuların motivasiyasını azaldır. Sizin
komandada belə bir problem var mı?
-
Xeyir, bizdə həqiqətən də maliyyə problem
yoxdur. Maaşlarımızı vaxtlı-vaxtında alırıq. Pul barəsində heç bir problemimiz
yoxdur.
Müsahibəni
apardı: Rauf İskəndərov/ Premyer.az