» » » "Qarabağ" Antalyadakı son iki yoxlama oyununda 3 qol vurdu

"Qarabağ" Antalyadakı son iki yoxlama oyununda 3 qol vurdu

"Qarabağ" klubu bu gün keçirdiyi iki yoxlama oyunuyla Antalya qış tlim-məşq toplanışına yekun vurub. Premyer.az bildirir ki,  komanda günün ilk oyununda Qazaxıstanın "Atırau" komandasıyla qarşılaşıb. Ağdamlılar erkən dəqiqələrdə qapısında qol görüb. Daha sonra oyunda üstünlüyü ələ alan komandamız hücumlarının sayını artırıb. Bir neçə qol epizodunda isə rəqib qapıçı yaxşı oynayıb. Qarşılaşma rəqibin 1:0 hesablı qələbəsiylə başa çatıb.
 
"Qarabağ" - "Atırau" (Qazaxıstan) 0:1 
"Qarabağ": 13. İbrahim Şehiç (1.Boyan Şaranov, 45), 23. Elgün Uluxanov, 3. Eltun Turabov, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 19. Elçin Rəhimli (Reynaldo Silva, 72), 20. Riçard Almeyda, 11. Mahir Mədətov (77. Elşən Abdullayev, 65), 22. Əfran İsmayılov, ( 71. Vüqar Nadirov,46), 10. Muarem Muarem, 91. Coşqun Diniyev
 
Günün ikinci qarşılaşmasında "Qarabağ" Polşanın "Termalika" klubuyla qarşılaşıb. Komandamız oyuna sürətli başlayıb. Qarşılaşmanın 5-ci dəqiqəsində Ağabala Ramazanov dəqiq zərbəylə hesabı açıb. Bu qoldan 8 dəqiqə sonra Ansi Aqollinin cinahdan ötürməsini Dino Ndlovu dəqiq baş zərbəsiylə hesabı 2:0 edib. Rəqib 26-cı dəqiqədə hesab arasındakı fərqi azaldıb. Qarşılaşma növbəti qol matçın 76-cı dəqiqəsinə təsadüf edib. Bədavi Hüseynov fərqlənərək hesabı 3:1 edib. Bu qoldan 5 dəqiqə sonra rəqib yenidən fərqi minimuma endirib. Qarşılaşma 3:2 hesabıyla ağdamlıların  qələbəsiylə başa çatıb.
 
"Qarabağ" - "Termalika" (Polşa) 3:2
QOLLAR: Ramazanov, 5, Ndlovu, 13, Hüseynov, 76
 
"Qarabağ": 12. Şahruddin Məhəmmədəliyev (13. İbrahim Şehiç, 69), 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 25. Ansi Aqolli (18. İlqar Qurbanov, 77), 5. Maksim Medvedev, 44. Ağabala Ramazanov (77. Elşən Abdullayev, 72), 6. Dino Ndlovu (11. Mahir Mədətov, 77), 15. Rahid Əmirquliyev, 99. Dani Kintana, 2. Qara Qarayev, (Riçard Almeyda, 77), 8. Miçel

1174     
Reklam

Reklam