» » » Qriqorçuk "Top-5"-də yer aldı

Qriqorçuk "Top-5"-də yer aldı

Depo.ua saytı Ukraynada ilin 5 ən yaxşı məşqçisini müəyyənləşdirib. Premyer.az bildirir ki, siyahıda "Qəbələ"nin baş məşqçisi Roman Qroqorçuk da var: "Qriqorçukun rəhbərliyi altında Azərbaycan klubu ardıcıl ikinci dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanır. Düzdür, "Qəbələ" bu dəfə xalsız qalsa da, təsnifat mərhələsində Fransa "Lill"i kimi güclü rəqibin keçilməsi hörmət tələb edir. Unutmaq olmaz ki, "Qəbələ" Azərbaycan çempionatında liderlər sırasındadır. Komanda 1-ci yerin sahibi "Qarabağ"dan 1 xal geri qalır və çempionluğa iddialıdır".

Qeyd edək ki, "Top-5"-ə düşən digər məşqçilər Aleksandr Babiç ("Çernomorets"), Vladimir Şaran ("Aleksandriya"), Andrey Şevçenko (Ukrayna yığması) və "Zarya"nın çalışdırıcısı Yuri Vernidubdur.
634     
Reklam

Reklam