
Bu gün ölkə kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq. 4 qarşılaşmadan sonra yarımfinalçılar bəlli olacaq.
Premyer.az bildirir ki, günün ilk oyunu Gəncədə keçiriləcək. "Kəpəz” ilk oyunda 2 cavabsız qolla
uduzduğu "İnter”i sınağa çəkəcək. Bakıdakı məğlubiyyətə baxmayaraq,
Şahin Diniyevin komandası hələ hələ də yarımfinala ümid edir.
Sumqayıtda eyniadlı komanda "Qarabağ”la üz-üzə gələcək. İlk oyunda 6
cavabsız qolla qalib gələn Ağdam klubu cavab matçını formallığa çevirib.
Elə "Neftçi” - "Zirə” qarşıdurmasında da cütün taleyi böyük ölçüdə həll
olunub. "Ağ-qaralar” hər nə qədər qeyri-stabil çıxış etsələr də, Adil
Şükürovun komandasının bu gün 4 cavabsız qolla qalib gələcəyi inandırıcı
deyil.
AZAL - "Qəbələ” görüşü maraqla gözlənilir. İlk matçda səfərdə əzmkar
qələbə qazanan Roman Qriqorçukun komandası favoritdir. Lakin
"təyyarəçilər”in vuracağı 1 qol intiriqanı bərpa edə bilər.
Azərbaycan kuboku
1/4 final mərhələsinin cavab oyunları
21 dekabr 2016
13:00. "Kəpəz” - "İnter”
İlk oyun - 0:2
Gəncə şəhər stadionu
15:00. "Sumqayıt” - "Qarabağ”
İlk oyun - 0:6
"Kapital Bank Arena”
16:00. AZAL - "Qəbələ”
İlk oyun - 1:2
"AZAL Arena”
17:00. "Neftçi” - "Zirə”
İlk oyun - 3:0
"Bakcell Arena”