» » » "Neftçi" "təyyarəçilər"in "İlk"inə səbəb oldu

"Neftçi" "təyyarəçilər"in "İlk"inə səbəb oldu

"Neftçi" "təyyarəçilər"in "İlk"inə səbəb olduAZAL qələbəsiz oyunlar seriyasına son qoyub. Premyer.az bildirir ki, paytaxt təmsilçisi mövsümdə ilk qələbəsini Topaz Premyer Liqasının XIV turunun "Neftçi” ilə səfər oyununda əldə edib. 1:0 hesabı ilə qalib gələn Tərlan Əhmədovun yetirmələri 17 matçlıq qələbəsizlik seriyasına son qoyub. Belə ki, AZAL cari mövsümün əvvəlki 13 qarşılaşmasından başqa, ötən çempionatın son 4 görüşündə də qalib gələ bilməmişdi. Bu il aprelin 30-da "Xəzər Lənkəran”la ev qarşılaşmasında qələbə qazanan AZAL 231 gündən sonra 3 xal qazanmağı bacarıb. Bu, klub tarixində 2-ci belə uğursuzluqdur. 2014-cü ildə bakılılar daha çox – ardıcıl 20 görüşdə qələbəyə həsrət qalmışdı. 2013/14 mövsümünün son 18 matçında yaşanan bu seriya 2014/15 mövsümünün ilk iki oyununda da davam etmişdi.
Qeyd edək ki, 17 oyunluq qələbəsizlik seriyası zamanı AZAL 6 heç-heçə edib və 11 dəfə uduzub.
473     
Reklam

Digər xəbərlər

Reklam