AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında "Neftçi" klubunun əvəzedici heyətinin
futbolçusu Vüsal Hüseynovun cəzası məlum olub. Premyer.az qərarı
diqqətinizə çatdırır:
Əvəzedici heyətlərin VIII turunun "Zirə” – "Neftçi” matçında "Neftçi”
klubunun 63 №-li futbolçusu Vüsal Hüseynov ikinci sarı vərəqə alaraq
meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat
cərimə olunur (maddə 48).