Premyer.Az » Xəbərlər » Əsas xəbərlər » TPL, VIII tur: "Qəbələ" ilə "İnter"in 36-cı dueli

TPL, VIII tur: "Qəbələ" ilə "İnter"in 36-cı dueli

TPL, VIII tur: "Qəbələ" ilə "İnter"in 36-cı dueliTopaz Premyer Liqasının II dövrəsinə səfərdə start verəcək "Qəbələ” VIII turda "İnter”in qonağı olacaq. Premyer.az bildirir ki, Bakıda baş tutacaq qarşılaşma rəqiblər arasında 36-cı görüş kimi tarixə düşəcək. İlk dəfə 2006-cı ildə üz-üzə gələn komandaların oyunlarında 8 dəfə "qırmızı-qaralar”, 15 dəfə paytaxt təmsilçisi qalib gəlib. Digər 12 matçda heç-heçə qeydə alınıb. 77 qolun vurulduğu əvvəlki 35 dueldə bakılılar 49, komandamız 28 dəfə rəqib qapısına yol tapıb.
Bu 35 matçdan 33-ü Premyer Liqa, 2-si Azərbaycan kubokunda baş tutub. Çempionatda 7 qələbə qazanan "Qəbələ” 12 heç-heçə edib və 14 dəfə uduzub. Vurulan 70 qoldan 26-sı futbolçularımızın, 34-ü rəqiblərinin hesabındadır. Kubokda komandalar hərəyə 1 dəfə üstün olsa da, top fərqində "İnter” öndədir – 5:2.
Bakıda keçiriləcək 18-ci duelə qədər 3 dəfə səfərdən qələbəylə dönən komandamız 4 heç-heçə edib. 10 matçda meydan sahibləri seviniblər. 12 qol vuran "qırmızı-qaralar” 32 top buraxıb. "Qəbələ” evdəki 18 qarşılaşmada 5 dəfə qələbə əldə edib. Eyni sayda məğlubiyyəti olan komandamız 8 dəfə bərabərliklə kifayətlənib. Top fərqində qonaqlar minimal üstünlüyə malikdir – 17:16. Ümumilikdə isə "Qəbələ” son 4 oyunda uduzmayıb. Bundan başqa, son 3 dueldə "qırmızı-qaralar” qapısını toxunulmaz saxlayıb.
2006/2007 mövsümü
05.08.2006. Premyer Liqa. Gilan (Qəbələ) - İnter (Bakı) - 0:0
12.02.2007. Premyer Liqa. İnter (Bakı) - Gilan (Qəbələ) - 2:0
2007/2008 mövsümü
02.12.2007. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 2:1
28.05.2008. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 4:0
2008/2009 mövsümü
30.08.2008. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:1
07.03.2009. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:1
29.04.2009. Azərbaycan kuboku. İnter (Bakı) - Qəbələ - 5:0
06.05.2009. Azərbaycan kuboku. Qəbələ - İnter (Bakı) - 2:0
2009/2010 mövsümü
26.09.2009. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 3:2
24.12.2009. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:1
10.04.2010. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1
15.05.2010. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 4:1
2010/2011 mövsümü
19.09.2010. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:1
13.11.2010. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:0
2011/2012 mövsümü
23.10.2011. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:1
11.12.2011. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:0
24.03.2012. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 2:1
22.04.2012. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 2:1
2012/2013 mövsümü
10.08.2012. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:0
17.02.2013. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 2:1
13.03.2013. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:2
19.05.2013. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:0
2013/2014 mövsümü
11.08.2013. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 3:2
 19.10.2013. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:1
 23.03.2014. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:4
 12.05.2014. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:0
2014/2015 mövsümü
10.08.2014. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 4:0
21.12.2014. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1
18.03.2015. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 1:2
16.05.2015. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1
2015/2016 mövsümü
12.09.2015. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 2:1
09.11.2015. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 1:1
07.02.2016. Premyer Liqa. İnter (Bakı) - Qəbələ - 0:1
03.04.2016. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:0
2016/2017 mövsümü
12.08.2016. Premyer Liqa. Qəbələ - İnter (Bakı) - 0:0
791     
Reklam

Reklam