
Azərbaycan Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.
Premyer.az xəbər verir ki, Azərbaycan I Divizionunda hazırda lider olan "Turan Tovuz” "Bakılı”nı
böyük hesabla (4-0) məğlub edərək, adını 1/8 final mərhələsinə yazdırdı.
"Turan Tovuz” bu mərhələdə Topaz Premyer Liqasında çıxış edən "Zirə”ni
qəbul edəcək.
1/16 final mərhələsinin digər görüşü Şəmkirdə
reallaşdı. Şəhərin eyniadlı komandasını 2-1 hesabı ilə məğlub edən
"Qaradağ Lökbatan” 1/8 final mərhələsində "İnter”in qonağı olacaq.