» » » “Zirə” uğursuz seriyanı qırdı

“Zirə” uğursuz seriyanı qırdı

"Zirə”nin Topaz Premyer Liqasındakı qələbəsiz oyunlar seriyası qırılıb.
 
Premyer.az bildirir ki, II turun "Neftçi” ilə səfər oyununda 1:0 hesabı ilə qalib gələn Adil Şükürovun yetirmələri son 7 qarşılaşmada qələbə qazana bilməmişdi.
 
Sonuncu dəfə ötən mövsüm, aprelin 17-də qalib gələn zirəlilər 119 gündən sonra meydanı 3 xalla tərk edib. Həmin vaxt bakılılar "Xəzər Lənkəran”ı məğlub etmişdi – 1:0.
 
Ötən mövsümün son 6 görüşü və cari çempionatın startındakı qarşılaşmada 3 heç-heçə edən "Zirə” 4 dəfə məğlub olmuşdu.
579     
Reklam

Reklam