Gəncə səfərindən seçmələr: II YAZI
PFL-in
təqdirəlayiq ənənəsi
PFL öz ənənəsinə sadiq qalaraq, keçən
mövsümün sonlarından yaranan qısa fasilədən sonra, yenidən
KİV nümayəndələrinin bölgələrə səfərlərini bərpa etdi. Hərçənd ki, 2016/2017 mövsümündə Premyer liqada cəmi üç əyalət komandası çıxış edir, "Qarabağ” oyunlarını Bakıda
keçirdiyindən, sadəcə "Kəpəz” və "Qəbələ”nin
oyunlarını bölgələrdə izləmək imkanı
yaranacaq.
Belə səfərlərdən ilki,
Premyer Liqanın ikinci turunda baş tutdu. "Kəpəz”lə AZAL-ın
oyununu işıqlandırmaq məqsədilə, təxminən 20-yə yaxın KİV
nümayəndəsi, PFL-nin
təşkil etdiyi nəqliyyat
vasitəsi ilə Azərbaycanın
ikinci ən böyük şəhəri olan Gəncəyə yola düşdü.
Nizami Gəncəvi Məqbərəsi və Hava
Hüseynova
Səhər saat 9 radələrində yola düşən avtobus, təxminən 5 saatdan
sonra qədim Gəncəyə gəlib çatdı.
Nizami yurdu jurnalistləri isti hava
ilə qarşıladı. Buna baxmayaraq, oyuna hələ iki saat
qaldığını nəzərə alaraq
(qarşılaşma saat 17:00-da start götürdü) jurnalist həmkarım Rahib
Səmədovla
birlikdə, fürsətdən istifadə edərək, dahi
şairimiz, filosof və mütəfəkkir, dünya
şöhrətli – Nizami Gəncəvinin Məqbərəsini ziyarət etmək qərarına gəldik. Onu da
qeyd edim ki, keçən illə müqayisədə, Məqbərə ətrafında
aparılmış yenidənqurma və bərpa işləri təqdirəlayiqdir.
Məqbərənin bələdçisi,
nizamişünas Hava Hüseynova, öz həzin səsi ilə bizi bir
daha Nizami dünyasına götürərək, Azərbaycan və dünya ədəbiyyatının ən
görkəmli nümayəndəsinin lirikası və
yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti,
insan taleyi haqqında humanist düşüncələri və yaradıcılığı haqqında geniş məlumat verdi...
Azad
Mustafayev və Valeh Əsədov
Oyuna gəlincə qeyd etmək istərdim ki, Gəncə şəhər stadionunu
son ziyarətimdən sonra
(2015/2016 mövsümündə), bu dəfə KİV nümayəndələri üçün daha
yaxşı şərait yaradılıb və oyunu
işıqlandıran jurnalist həmkarlarıma
"Kəpəz” klubunun
mətbuat katibi Azad Mustafayev və Gəncənin ictimai - mədəni və sosial həyatının ən fəal üzvlərindən biri olan,
gənc könüllü Valeh Əsədov tərəfindən hər cür dəstək göstərilmişdi.
Gəncə azarkeşləri
0:0 hesabı ilə bitən oyun
haqqında saytımızda yetərincə məlumat vermişdik. Bu yazımda xüsusi ilə Gəncə azarkeşlərini qeyd
etmək istərdim. Öz
çılğınlığı və klublarına qarşı sadiqliyi ilə seçilən gəncəli futbolsevərlər, bu dəfə də
komandalarını yalnız buraxmamışdılar. Havanın həddindən artıq isti
olmasına baxmayaraq (təxminən 40-41 dərəcə), 12-13 min nəfərə yaxın
azarkeş, son dəqiqələrə qədər
komandalarını dəstəklədilər.
Gəncə şəhər stadionu
Bir məqama da
toxunmadan keçə bilmərəm – Gəncə şəhər
stadionu... Gəncə kimi futbol
ənənələri olan bir
şəhərin mərkəzi futbol
stadionu – çox acınacaqlı və bərbad vəziyyətdədir. Stadionun
əsaslı təmirə ehtiyacı
var. Belə getsə, "Kəpəz” də digər komandalar
kimi yaxın zamanlarda öz ev oyunlarını Bakıda keçirməli olacaq.
Bu halda isə minlərlə yerli klub
azarkeşləri futbolsuz qalacaq.
Odur ki, burdan aidiyyatı dövlət
qurumlarına, Gəncə şəhər icra
hakimiyyətinə, Gəncəli iş
adamlarına, AFFA-ya, Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyinə və bütün
futbolsevərlərə səslənirəm –
Respublikamızın ikinci ən adlı sanlı
tarixinə malik olan – "Kəpəz”
komandasını stadionsuz, klubun çoxsaylı
azarkeşlərini isə futbolsuz
qoymayaq...
PFL-in və Mətbuat Komitəsinin yeni
Layihəsi
Sonda da, PFL-in
və AFFA yanında Media Komitəsinin, idman
jurnalistlərinin təşviqi ilə əlaqədar irəli sürdüyü
yeni layihəsi haqqında bir neçə kəlmə söyləmək istərdim. Layihə ondan ibarətdir ki,
yeni mövsümdən etibarən bölgələrə səfər zamanı,
öncəki səfərlərdən fərqli olaraq
oyunun hesabını doğru tapan KİV nümayəndələri yox, oyun
haqqında daha maraqlı və dolğun
reportajlar hazırlayan KİV nümayəndələri
mükafatlandırılacaq.
Mükafatın
miqdarı önəmli deyil, önəmli olan –
bu təşviqedici layihə bölgə futbolunun
KİV-lərdə daha geniş
şəkildə
işıqlandırılmasına və mövcud
problemlərin ictimaiyyətə
çatdırılaraq, daha tez həll edilməsinə təkan verəcək.
PREMYER.AZ SAYTININ TƏKLİFİ
Premyer.az
saytı Media Komitəsinin üzvü olmasa da, bu Layihəni dəstəklədiyini və buna bənzər layihələrin Birinci
Divizonda da keçirilməsini təklif edir.
MİNNƏTDARLIQ
Topaz
Premyer Liqasının II turu çərçivəsində keçirilən "Kəpəz” – AZAL
oyununa KİV nümayəndələrinin səfərini təşkil edən PFL rəhbərliyinə, PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevə, həmin departamentinin əməkdaşı Elgiz Abbasova, oyun zamanı jurnalistlərə dəstək olan "Kəpəz” klubunun
mətbuat katibi Azad Mustafayevə, könüllü Valeh Əsədova və bütün əməyi keçənlərə jurnalist həmkarlarım
adından dərin təşəkkürümü bildirirəm.
Rauf İskəndərov / Premyer.az