» » » "Fənərbağça" Çempionlar Liqası ilə vidalaşdı

"Fənərbağça" Çempionlar Liqası ilə vidalaşdı

"Fənərbağça" Çempionlar Liqası ilə vidalaşdıÇempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçirilən "Monako" - "Fənərbağça" matçında gülən tərəf fransızlar olublar. Premyer.az bildirir ki, matçın 2-ci dəqiqəsində Valer Jermen hesabı açıb. Bu qoldan çox keçməmiş "Monako" penalti vurmaq hüququ qazanıb. Topa yaxınlaşan Radamel Falkao fürsət əldən verməyib - 2:0. Fasilədən sonra fəallaşan Türkiyə klubu 53-cü dəqiqədə Emanuel Emenikenin qolu ilə fərqi azaldıblar. Amma bu qoldan 13 dəqiqə sonra Valer Jermen özünün 2-ci, komandasının isə 3-cü qolunu vurub. "Fənərbağça"nın cəhdlərinə baxmayaraq görüşdə hesab dəyişməyib. İki oyunun nəticəsinə görə 4:3 hesabı ilə qələbə qazanan "Monako" Çempionlar Liqasının "pley off"una yüksəlib. "Fənərbağça" isə mübarizəni Avropa Liqasında davam etdirəcək.
503     
Reklam

Reklam