» » » "Şəmkir" keçmiş futbolçusunu heyətinə qaytarır

"Şəmkir" keçmiş futbolçusunu heyətinə qaytarır

"Şəmkir" keçmiş futbolçusunu heyətinə qaytarır"Şəmkir" futbol klubu 2016-2017 ci il mövsümü üçün hazıqlıqlara start verib. Belə ki, bu gündən etibarən klub seleksiya məşqlərinə başlayıb.
 
Premyer.az xəbər verir ki, məşqlər Şəmkir olimpiya idman kompleksinin stadionunda keçirilir.  
 
Yeni sezonda komandanın heyətinə cəlb olunanlar arasında komandanın keçmiş futbolçuları da var. Belə ki, Premyer.az saytının əldə etdiyi məlumata əsasən, bu futbolçulardan biri də, 2014-2015-ci il sezonunda "Şəmkir"in şərəfini qorumuş - müdafiəçi Əfqan Pirquliyevdir. 21 yaşlı futbolçu ilə iyulun 27-də müqavilə imzalanacağı da gözlənilir.
 
Qeyd edək ki, Əfqan daha öncə "Zabrat", "Qarabağ" və "Muğan" kimi komandaların heyətində çıxış edib.
1457     
Reklam

Reklam