
İstanbula gələn "Liverpul”un müdafiəçisi Martin Şkrtel "Fənərbağça” ilə
müqavilə imzalayacaq. Premyer.az bildirir ki, 31 yaşlı slovakiyalı futbolçu özünü xoşbəxt hiss
etdiyini və onu bu qədər jurnalistin qarşılayacağını gözləmədiyini
bildirib. Şkrtel həmyerlisi Miroslav Stokun İstanbul klubu ilə bağlı
gözəl sözlər dediyini söyləyib. Müdafiəçi artıq İstanbulda tibbi
müayinədən keçib.
Qeyd edək ki, "Fənərbağça”nın futbolçu üçün 5 milyon 500 min funt sterlinqindən keçdiyi deyilir.