
2016-2017-ci illər mövsümünün hazırlıqlarını davam etdirən
"Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Premyer.az xəbər verir ki, "Qırmızı-qaralar” hücum
xəttini fransalı Baqali Dabo ilə gücləndirib.
28 yaşlı Seneqal əsilli ön
xətt oyunçusu ilə 2 illik müqavilə imzalanıb. Futbolçunun adı
"Qəbələ”nin UEFA Avropa Liqasında iştirak ərizəsinə əlavə edilib.
"Loryan”
klubunun yetirməsi olan Dabo karyerası ərzində "İvri” (2008-2011),
"Kretey” (2011-2013, 2014-2016) və "İstr” (2013-2014) klublarının
şərəfini qoruyub. Son 2 mövsümdə Fransa çempionatının 2-ci liqasında
çıxış edən hücumçu "Kretey”də keçirdiyi 57 qarşılaşmada 6 qol vurub.
Ümumiyyətlə isə Baqali bu liqada 87 matç keçirib, 11 dəfə rəqib
qapılarına yol tapıb.