» » » Şevçenko Ukrayna millisinin yeni baş məşqçisi ola bilər

Şevçenko Ukrayna millisinin yeni baş məşqçisi ola bilər

Şevçenko Ukrayna millisinin yeni baş məşqçisi ola bilərUkrayna Futbol Federasiyası Andrey Şevçenkonun milli komandanın baş məşqçi postuna namizədliyini müzakirə edir. Premyer.az bildirir ki, indiki baş məşqçi Mixail Fomenko federasiya rəhbərliyinə bildirib ki, Avropa çempionatından sonra komandada qalmaq niyyətində deyil.

Qeyd edək ki, ukraynalılar Avropa çempionatının qrup mərhələsində ilk iki oyununda məğlub olaraq, pley-offa yüksəlmək şanslarını itiriblər.

Şevçenko yığmanın baş məşqçisi təyin olunsa, məşqçilər korpusunda ciddi islahatlar olacaq. İyulda artıq bununla bağlı yekun qərarın verilməsi gözlənilir.
636     
Reklam

Reklam