» » » FIFA reytinq cədvəli: "Millimiz uçuruma doğru yuvarlanır"

FIFA reytinq cədvəli: "Millimiz uçuruma doğru yuvarlanır"

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Premyer.az bildirir ki, ötən ayla müqayisədə 5 pillə geriləyən Azərbaycan milli komandası 252 xalla 138-ci pillədə qərarlaşıb.
 
Bu göstərici Millimizin son 21 ildəki ən pis göstəricisidir. Qeyd edək ki, 1994-cü ildə FIFA-nın reytinq cədvəlinə daxil olan Azərbaycan yığması o vaxt 147-ci pillədən sayıma başlayıb.
 
Bu gedişlə ilin sonuna kimi Millimiz tarixinin ən acı səhifələrini yaşayacaq.
 
Növbəti reytinq cədvəli iyulun 14-də açıqlanacaq.
814     
Reklam

Reklam