Misli Premyer Liqasının XXXII turu çərçivəsində "Qəbələ" doğma divarlar qarşısında "Səbail"i qəbul edir.
Premyer.az saytının Qəbələyə ezam olunmuş müxbiri bildirir ki, qarşılaşmanı Rauf Allahverdiyev idarə edəcək. Onun köməkçiləri Cavanşir Yusifov, Şirmamed Mamedov və Kamranbəy Rəhimov olacaqlar.
Bu mövsüm komandalar artıq 3 dəfə bir araya gəliblər. Qarşılaşmaların ikisində "Qəbələ" qalib gəlib, birində isə heç-heçə qeydə alınıb.
Qeyd edək ki, hal-hazırda "Qəbələ" turnir cədvəlində 45 xalla 4-cü, "Səbail" isə 22 xalla sonuncu pillədə qərarlaşıblar.
Azərbaycan Premyer Liqası
XXXII tur
1 may (bazar ertəsi)
“Qəbələ” – “Səbail” 4-2
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Şirmamed Mamedov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Qəbələ şəhər stadionu, 17:30
Qol: Ramon Maçado (21-ci dəq. və 90+4-cü dəq.); Əyyub Allaş (49-cu dəq.)/ Petro Statsyuk (37-ci dəq. avtoqol); Ruslan Hacıyev (69-cu dəq.); Mirabdulla Abbasov (84-cü dəq.)
“Qəbələ”: 13. Kristof Atanqana, 11. Asif Məmmədov (k), 34. Urfan Abbasov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 97. Felipe Santos, 6. Feras Abu Akal, 9. Əyyub Allaş
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 36. Elməddin Sultanov, 2. İlkin Qırtımov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 16. Nicat Əliyev, 23. Rafael Utziq, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
“Səbail”: 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 2. Adil Nağıyev, 96. İlkin Muradov, 8. Elmir Tağıyev, 99. David Qomis, 30. Franko Mazurek, 88. Matiya Lyuyiç, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 22. Samir Abdullayev, 27. Emil Martinov, 11. Qoba Zakpa, 21. Kizito Luvaqa
Rauf İskəndərov / Premyer.az / Qəbələ
Fotolar: Rauf İskəndərov