Premyer.Az » Xəbərlər » Əsas xəbərlər » Azərbaycan Futbolunun ilk Mətbuat Katibini siz də tanıyın! FOTO, VİDEO

Azərbaycan Futbolunun ilk Mətbuat Katibini siz də tanıyın! FOTO, VİDEO

Yəgin ki, bir çox jurnalist həmkarlarım və Tovuz Şəhər Stadionunda futbol izləyən azarkeşlər, bu insanın səsini dəfələrlə eşidib. Bu qərb bölgəmizə dəfələrlə səfər etsəm də, Rasim bəylə yaxından tanışlığım yalnız Premyer Liqanın XXVI turunun "Turan Tovuz" - "Qəbələ" oyununa təsadüf etdi.

Son dərəcə alicənab və vətənpərvər olan bu insan, əsil futbol sevdalısıdır və bu sahədə çox önəmli statistik məlumat bazasına sahibdir. 

Qeyd edim ki, hər oyun üçün hazırlanan bukletlərdəki bütün maraqlı statistik məlumatlar, məhz Rasim bəyin əziyyəti nəticəsində ərsəyə gəlir. (Red: Fotoya bax!)

Ən maraqlısı isə odur ki, Rasim Əliyev Azərbaycan futbolunda Mətbuat Katibi vəzifəsinə təyin olunan ilk şəxsiyyətdir! Bu təyinat 2001-ci ildə, "Turan" komandasında baş verib.

Həyatının 31 ilini bu komandaya həsr edən Rasim müəllimi daha yaxından tanıyaq:

Əliyev Rasim Hənifə oğlu 1965-ci ilin dekabrın 6-da Tovuz şəhərində anadan olub. 2003-cü ildə, Həsən Bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitunu fərqlənmə diplomu ilə bitirib. Hələ tələbə ikən "Turan" futbol klubuna işə daxil olub və Diktorluqdan Direktorluğa qədər uzun və şərəfli yol keçib. 

Ölkənin tanınan futbol statistiklərindən biridir. "İdman", "Futbol Dünyası" və "Het-Trik" qəzetlərində bölgə müxbiri olub. 1993-cü ildən A.S.Puşkin adına orta məktəbdə çalışıb. 2007-2017-ci illər arasında, fasilələrlə, həmin məktəbdə direktor müavini, 2017-ci ilin may ayından etibarən isə, H.Vəliyev adına Əlibəyli Kənd tam orta məktəbində direktor vəzifəzində çalışır.

Tovuzda Televiziyanın yaradıcılarındandır. TTV-də jurnalist kimi işə başlayaraq, SMTV-də direktor vəzifəsinədək yüksəlib. TTV-də yayım şöbəsinin müdiri işləyib. Hal-hazırda "Tutan Tovuz" klubunda kadrlar üzrə mütəxəssis vəzifəsində çalışır. 

Hazırladı: Rauf İskəndərov / Premyer.az / Tovuz

Foto və video: Rauf İskəndərov


462     
Reklam

Reklam