Bu gün Azərbaycan Premyer Liqasının XXVIII turunun ilk oyun günündə "Turan Tovuz" "Sumqayıt"ı qəbul edir.
Premyer.az saytının Tovuza ezam olunmuş müxbiri bildirir ki, qarşılaşmanın başlamasına hələ təxminən 1 saat qalsa da, oyuna maraq böyükdür.
Qeyd edək ki, bu mösüm öz meydanında keçirdiyi 13 oyunu, ümumilikdə 44300 tovuzlu azarkeş izləyib. Ən çox azarkeş isə, III turda, "Qarabağ"la oyunda qeydə alınıb - 5800.
Aşağıda PFL-in təqdim etdiyi rəsmi statistikanı oxucularımızın diqqətinə çatdırırıq:
I Tur: "Turan Tovuz" 0-2 "Qəbələ" / 5500 tamaşaçı
III Tur: "Turan Tovuz" 0-2 "Qarabağ" / 5800 tamaşaçı
VI Tur: "Turan Tovuz" 2-0 "Kəpəz" / 5000 tamaşaçı
VIII Tur: "Turan Tovuz" 1-3 "Zirə" / 2500 tamaşaçı
X Tur: "Turan Tovuz" 2-2 "Səbail" / 4000 tamaşaçı
XII Tur: "Turan Tovuz" 1-0 "Sumqayıt" / 3000 tamaşaçı
XIII Tur: "Turan Tovuz" 1-3 "Şamaxı" / 1000 tamaşaçı
XV Tur: "Turan Tovuz" 0-1 "Sabah" / 1500 tamaşaçı
XVII Tur: "Turan Tovuz" 0-1 "Neftçi" / 2000 tamaşaçı
XIX Tur: "Turan Tovuz" 2-3 "Qarabağ" / 3000 tamaşaçı
XXII Tur: "Turan Tovuz" 2-0 "Kəpəz" / 4000 tamaşaçı
XXIV Tur: "Turan Tovuz" 0-2 "Zirə" / 4000 tamaşaçı
XXVI Tur: "Turan Tovuz" 1-1 "Qəbələ" / 3000 tamaşaçı
Rauf İskəndərov / Premyer.az / Tovuz
Foto: Rauf İskəndərov