2015-ci ildən etibarən fəaliyyət göstərən "Qəbələ" İdman Klubunun rəsmi "Fan shop"u artıq bir müddətdir ki, yeni adda və yeni məkanda fəaliyyətini davam etdirir.
Premyer.az saytının Qəbələyə ezam olunmuş müxbiri bildirir ki, daha öncə Qəbələ şəhər stadionunda yerləşən mağaza, hal-hazırda "Qəbələ" otelinin ərazisində yerləşir və "Gabala Store" adı ilə orijinal idman geyimlərini, topları, klubun atributlarını və müxtəlif aksessuarları azarkeşlə təqdim edir.
Rauf İskəndərov / Premyer.az / Qəbələ
Foto: Rauf İskəndərov