Misli Premyer Liqasının XXVIII turunun sonuncu oyun günündə "Şamaxı" ilə qarşılaşacaq "Qəbələ" oyuna itki ilə çıxacaq.
Premyer.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ürfan Abbasov zədə səbəbindən bugünkü oyunda iştirak etməyəcək.
Ötən tur "Turan Tovuz"la səfər matçında zədə alan müdafiəçi, bərpa dövrü keçir.
Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçirilcək oyun saat 17:00-da başlayacaq.