Bu gün Azərbaycan Premyer Liqasının XXVI turu çərçivəsində "Turan Tovuz" "Qəbələ"ni qəbul edir.
Premyer.az saytının Tovuza ezam olunmuş müxbiri bildiri ki, Tovuz azarkeşləri oyuna 2 manatlıq biletləri əldə edərək daxil olurlar. Stadion ətrafında apardığımız müşahidələrdən də bəlli oldu ki, şəhərin müxtəlif yerlərində oyunun afişaları da asılıb. (Red: Fotoya bax!)
Bundan əlavə, daha öncələr 60 manata satılan mövsümi biletlər, artıq bir müddətdir ki, 46 manatdan satılır.
Qeyd edək ki, bu biletlərin sahibləri, Premyer Liqanın oyunları ilə yanaşı, Kubok Oyunlarını da ziyarət etmək hüququ əldə edir.
Rauf İskəndərov / Premyer.az / Tovuz
Fotolar: Rauf İskəndərov