Premyer.Az » Xəbərlər » Əsas xəbərlər » Gəncə Şəhər Stadionunda azarkeş rekordu hansı turda qeydə alınıb?

Gəncə Şəhər Stadionunda azarkeş rekordu hansı turda qeydə alınıb?

Bu gün Azərbaycan Premyer Liqasının XXVI turunun ilk oyun günündə "Kəpəz" "Zirə"ni qəbul edir.

Premyer.az saytının Gəncəyə ezam olunmuş müxbiri bildirir ki, bu mövsüm öz meydanında keçirdiyi 12 oyunda ən çox azarkeş sayı X turda "Neftçi" ilə və XIV turda "Turan Tovuz"la qeydə alınıb. Hər iki oyunun 3000 azarkeş stadionda izləyib.

Aşağıda PFL-in təqdim etdiyi rəsmi statistikanı oxucularımızın diqqətinə çatdırırıq:

I Tur: "Kəpəz" 1-2 "Zirə" / 400 tamaşaçı

III Tur: "Kəpəz" 0-3 "Qəbələ" / 900 tamaşaçı

V Tur: "Kəpəz" 0-1 "Qarabağ" / 500 tamaşaçı

VII Tur: "Kəpəz" 2-1 "Şamaxı" / 300 tamaşaçı

X Tur: "Kəpəz" 0-2 "Neftçi" / 3000 tamaşaçı

XII Tur: "Kəpəz" 3-0 "Səbail" / 2121 tamaşaçı

XIV Tur: "Kəpəz" 0-0 "Turan Tovuz" / 3000 tamaşaçı

XVI Tur: "Kəpəz" 0-1 "Sumqayıt" / 300 tamaşaçı

XVII Tur: "Kəpəz" 0-0 "Sabah" / 600 tamaşaçı

XIX Tur: "Kəpəz" 2-2 "Qəbələ" / 450 tamaşaçı

XXI Tur: "Kəpəz" 1-1 "Qarabağ" / 2500 tamaşaçı

XXIII Tur: "Kəpəz" 3-2 "Şamaxı" / 955 tamaşaçı

Rauf İskəndərov / Premyer.az / Gəncə

Foto: Rauf İskəndərov

233     
Reklam

Reklam