Şəhriyar Zərbəliyev: "Play-Off mərhələsində artıq daha ciddi olmalıyıq"
Region Liqasının Mərkəz Zonasında VIII turun oyunları keşirilib. "Füzuli" komandası İsmayıllı səfərindən ardıcıl 8-ci qələbə ilə qayıdıb.
İsmayıllıya ezam olunmuş Premyer.az saytının müxbiri bildirir ki, meydan sahiblərinə heç bir şans verməyən Füzulililər, 6-1 hesablı inamlı qələbə qazanıb.
Beləliklə də, Vasif İsmayılovun yetirmələri, 8 oyunda 8 qələbə qazanaraq, Play Off mərhələsinə vəsiqəni təmin edib!
Müxbirimiz oyundan sonra qonaq komandanın bu oyun kapitan sarğısını daşıyan Şəhriyar Zərbəliyevdən qısa müsahibə alıb.