Region Liqasının Mərkəz Zonasında, VIII turun oyunları çərçivəsində "Füzuli" komandası bu dəfə "İsmayıllı"nın qonağı olub.
İsmayıllıya ezam olunmuş Premyer.az saytının müxbiri bildiri ki, meydan sahiblərinə heç bir şans verməyən Füzulililər, 6-1 hesablı inamlı qələbə qazanıb.
Komandanın heyətində Məhəmməd Alıyev və Tural Qürbətov dubla imza atıb. Vüsal Səfərov və Cəsur Hüseynov hərəyə bir dəfə fərqlənib.
Beləliklə də, Vasif İsmayılovun yetirmələri, 8 oyunda 8 qələbə qazanaraq, Play Off mərhələsinə vəsiqəni təmin edib!
Rauf İskəndərov / Premyer.az / İsmayıllı