Fevralın 11-də keçirilən “Turan Tovuz” – “Kəpəz” oyunundan sonra Tovuz klubu bilet satışından əldə olunan bütün gəlirin zəlzələdən əziyyət çəkən Türkiyəyə yardım məqsədi ilə köçürüldüyünü açıqlamışdı.
Tovuz klubunun bu jesti qardaş Türkiyə mətbuatında da geniş yer alıb. İHA, AA, DHA xəbər agentlikləri, A spor televiziya kanalı, beinsport.com.tr, fanatik.com.tr, fotomaç.com.tr, sporx.com.tr, cumhuriyyet.com.tr, sondakika.com.tr, haber7.com.tr və bir çox KİV-lərdə müxtəlif başlıqlarla “Turan Tovuz”un bilet satışından əldə olunan gəliri Türkiyəyə bağışladığı xəbəri yer alıb.