
Qız fasiləsindən sonra bərpa olunan Region Liqasında ikinci dövrənin oyunları keçirilir.
Maraqlı oyunlardan biri də, Mərkəz Zonasında ilk 2 sırada yer alan "Füzuli" və "Ağsu 06" komandaları arasında keçirilib.
Horadiz OİK stadionunun meydançasının ot örtüyü qənaətbəxş şəkildə olmadığından, qarşılaşma "ASK Arena"nın əsas meydançasında baş tutub.
Meydan sahibləri bu oyunda qonaq komandaya heç bir şans verməyib - 8:2. "Füzuli" komandasının heyətində Məhəmməd Alıyev pokerə, Cəsur Hüseynov isə dubla imza atıb. Kapitan Hüseyin Axundov və Qərib Nəsirov isə hərəyə bir dəfə fərqləniblər.
Qeyd edək ki, bu turdan sonra, "Füzuli" FK turnir cədvəlindəki şəriksiz liderdiyini bir az daha möhkəmləndirərək, 6 oyundan sonra xallarını 18-ə çatdırıb.
Rauf İskəndərov / Premyer.az