"Kəpəz" Misli Premyer Liqasının XXI turunda "Qarabağ"la ev oyununa itkilərlə çıxacaq.
Premyer.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandanın üç futbolçusu Ağdam təmsilçisi ilə görüşdə iştirak edə bilməyəcək. Müdafiəçi Zamiq Əliyev cəzalıdır. Digər gənc oyunçu, yarımmüdafiəçi Ruslan Süleymanov xəstədir. Hücumçu Salif Sissenin isə zədəsi var.
Qeyd edək ki, bu gün keçiriləcək "Kəpəz" - "Qarbağ" oyunu saat 14:00-da başlayacaq.