Əməliyyat olunan azarkeş ziyarət edilib
Klubumuzun İdarə Heyətinin sədri İlqar Nadiri və üzvü, millət vəkili Müşfiq Cəfərov "Səbail" - "Kəpəz" oyunun fasiləsində baş verən insident zamanı bıçaqlanan Gəncəli azarkeş Rahib Ələsgərovu ziyarət edib.
Ələsgərovun sağlıq durumu ilə maraqlanan klub rəhbərliyi ona şəfa diləyib, tezliklə tribunaya dönməsini arzulayıb.
Bakıda yerləşən 1 saylı Şəhər Klinik Xəstəxanada əməliyyat olunan fanatın vəziyyəti normaldır. O, reanimasiyadan adi palataya köçürülüb. Qarşıdakı günlərdə evə buraxılacaq.