Bu gün Azərbaycan Premyer Liqasının XXI turunun sonuncu oyun günündə "Şamaxı" "Turan Tovuz"u qəbul edir.
Premyer.az saytının Şamaxıya ezam olunmuş müxbiri bildiri ki, qarşılaşma, 2200 nəfərlik azarkeş tutumuna malik Şamaxı şəhər stadionunda keçirilir.
Qeyd edək ki, bu komandalar arasında bu mövsüm keçirilmiş iki qarşılaşmada, komandalar hərəyə bir qələbə qazanıblar. Maraqlı haldır ki, bu qələbələr, səfər oyunlarında qeydə alınıb.
V tur, "Şamaxı" - "Turan Tovuz" 0:1
XIII tur, "Turan Tovuz" - "Şamaxı" 1:3
Hal-hazırda, XX turdan sonra, "Şamaxı" turnir cədvəlində 16 xalla 7-ci, "Turan Tovuz" isə 17 xalla 6-cı pillədə qərarlaşıblar.
Misli Premyer Liqası, XXI tur
6 fevral 2023, Bazar ertəsi
“Şamaxı” – “Turan Tovuz” 0-1
Qol: Tərlan Quliyev (53-cü dəq.)
"Şamaxı": 1. Rəşad Əzizli (k), 90. Əli Səmədov, 15. Emin Zamanov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 79. Emil Qasımov
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Sahib Həsənov, 10. Elvin Məmmədov, 9. Amil Yunanov, 8. Kamal Mirzəyev, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 21. Qurban Səfərov, 23. Rövşən Şahmuradov, 80. Zahid Mərdanov, 91. Malik Nadirov,
"Turan Tovuz": 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 55. Xulu Siyanda, 25. Denis Marandiç, 19. Runi Eva, 9. Belaidi Pusi, 11. Ayxan Hüseynov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 23. Okebuqvu Henri
Rauf İskəndərov / Premyer.az / Şamaxı
Foto: Rauf İskəndərov