Azərbaycan Premyer Liqasının XXI turunun ilk oyun günündə, "Kəpəz" - lider "Qarabağ"ı qəbul edir.
Premyer.az saytının Gəncəyə ezam olunmuş müxbiri bildirir ki, bu mövsüm iki komanda arasında keçirilmiş hər iki qarşılaşmada Qurban Qurbanovun yetirmələri qalib gəlib:
V tur, "Qarabağ" - "Kəpəz" 0:1
XIII tur, "Kəpəz" - "Qarabağ" 1:3
XX turdan sonra "Kəpəz" komandası turnir cədvəlində 13 xalla sonuncu, 10-cu pillədə, "Qarabağ" isə 56 xalla 1-ci sırada qərarlaşıblar.
4 fevral 2023 (şənbə)
“Kəpəz” 1–1 “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Cəmil Quliyev, Əli Əliyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Gəncə şəhər stadionu, 14:00
Qollar: Ayhem Ayzaya (49-cu dəq.) / Musa Qurbanlı (24-cü dəq.)
“Kəpəz”: 68. Orxan Sadıqlı, 74. Yusif Nəbiyev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 3. Abdulla Rzayev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 71. Mario Mustapiç, 8. Tural Axundov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev
“Qarabağ”: 89. Amin Ramazanov, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 81. Kevin Medina, 6. Julio Romao, 99. Redon Cica, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 7. Yassin Benzia, 8. Marko Yankoviç
Rauf İskəndərov / Premyer.az / Gəncə
Fotolar: Rauf İskəndərov