Bu gün Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində "Qəbələ" "Sabah"ı qəbul edir.
Premyer.az saytının Qəbələyə ezam olunmuş müxbiri bildirir ki, bu mövsüm öz meydanında keçirdiyi 9 oyunu cəmi 6 min 974 azarkeş izləyib.
Bəs ən çox azarkeş sayı hansı turda qeydə alınıb? Aşağıda PFL-in təqdim etdiyi rəsmi statistikanı oxucularımızın diqqətinə çatdırırıq:
II Tur: "Qəbələ" 3-1 "Şamaxı" / 1200 tamaşaçı
IV Tur: "Qəbələ" 0-2 "Sabah" / 1200 tamaşaçı
VI Tur: "Qəbələ" 1-2 "Neftçi" / 1000 tamaşaçı
VII Tur: "Qəbələ" 1-0 "Sumqayıt" / 800 tamaşaçı
IX Tur: "Qəbələ" 0-1 "Qarabağ" / 1600 tamaşaçı
XI Tur: "Qəbələ" 1-1 "Kəpəz" / 500 tamaşaçı
XIII Tur: "Qəbələ" 1-0 "Zirə" / 24 tamaşaçı
XVI Tur: "Qəbələ" 2-1 "Səbail" / 150 tamaşaçı
XX Tur: "Qəbələ" 0-0 "Turan Tovuz" / 500 tamaşaçı
Rauf İskəndərov / Premyer.az / Qəbələ
Foto: Rauf İskəndərov