"Kəpəz" Misli Premyer Liqasının 19-cu turunda "Qəbələ" ilə oyuna itkilər ilə çıxacaq.
Premyer.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gəncə təmsilçisinin heyətində 4 futbolçu cəzalıdır.
Yeqor Xvalko, Elçin Əlicanov, Giorgi Kantariya və Mate Kvirkviya cəza səbəbindən oyunu tribunadan izləyəcək.
Qeyd edək ki, bu gün Gəncədə keçiriləcək "Kəpəz" - "Qəbələ" matçı saat 14:00-da başlayacaq.