
Premyer Liqanın XIX-cu turunda "Qarabağ"la qarılaşacaq "Turan Tovuz" əcnəbi futbolçu transfer edib.
Albaniyalı hücumçu Belajdi Pusi ilə 6 ay +1 il müddətində rəsmi müqavilə bağlanıb. Mövsümün sonunda onun çıxışı məşqçilər korpusunu razı salarsa, müqavilənin növbəti 1 illik hissəsi qüvvəyə minəcək.
“Vllazniya”nın yetirməsi olan 25 yaşlı futbolçu, son olaraq “Skenderbeu”nun formasını geyinib.
O, cari mövsümdə çıxdığı 12 oyunda, 6 qol vurub.