"Qəbələ" ilə oyun öncəsi "Kəpəz" yeni qapıçı ilə güclənib.
Elgün Bayramov "sarı-göylər"in şərəfini qoruyacaq. Gəncə futbol məktəbinin yetirməsi olan 19 yaşlı qapıçı ilə müqavilənin müddəti 1,5 illikdir. Onun sonuncu klubu MOİK olub. Gənc qolkiper aşağı yaş qrupları üzrə yığma komandalarda çıxış edib.