Premyer.Az » Xəbərlər » Əsas xəbərlər » Şamaxı Şəhər Stadionunda 12.000 azarkeş!

Şamaxı Şəhər Stadionunda 12.000 azarkeş!

Bu gün Azərbaycan Premyer Liqasının XIX turunun üçüncü oyun günündə "Şamaxı" "Səbail"i qəbul edir.

Premyer.az saytının Şamaxıya ezam olunmuş müxbiri bildiri ki, oyunun başlamasına təxminən bir saat qalsa da, hələ ki tribunalarda azarkeş azdır. 

Bu mövsüm Şamaxılıların öz meydanında keçirdiyi 9 oyunu (Bu günkü oyun xaric) ümumilikdə 12.000 azarkeş izləyib.

Aşağıda PFL-in təqdim etdiyi rəsmi statistikanı oxucularımızın diqqətinə çatdırırıq:

I Tur: "Şamaxı" 0-1 "Neftçi" / 2100 tamaşaçı

III Tur: "Şamaxı" 1-1 "Səbail" / 1800 tamaşaçı

V Tur: "Şamaxı" 0-1 "Turan Tovuz" / 1200 tamaşaçı

VIII Tur: "Şamaxı" 0-1 "Sabah" / 1500 tamaşaçı

X Tur: "Şamaxı" 1-1 "Qəbələ" / 1200 tamaşaçı

XII Tur: "Şamaxı" 0-4 "Qarabağ" / 2200 tamaşaçı

XIV Tur: "Şamaxı" 4-2 "Sumqayıt" / 800 tamaşaçı

XV Tur: "Şamaxı" 1-1 "Kəpəz" / 2200 tamaşaçı

XVII Tur: "Şamaxı" 0-0 "Zirə" / 400 tamaşaçı

Rauf İskəndərov / Premyer.az / Şamaxı

Foto: Rauf İskəndərov

150     
Reklam

Reklam