Premyer.Az » Xəbərlər » Əsas xəbərlər » Gəncə Şəhər Stadionunda 11 min 121 azarkeş!

Gəncə Şəhər Stadionunda 11 min 121 azarkeş!

Bu gün Azərbaycan Premyer Liqasının XIX turunun ilk oyun günündə "Kəpəz" "Qəbələ"ni qəbul edir.

Premyer.az saytının Gəncəyə ezam olunmuş müxbiri bildirir ki, oyunun başlamasına təxminən bir saat qalsa da, tribunalara artıq xeyli sayda azarkeş toplanıb. 

Bu mövsüm öz meydanında keçirdiyi 9 oyunu (Bu günkü oyun xaric) ümumilikdə 11 min 121 azarkeş izləyib. Ən çox azarkeş sayı isə hansı turda qeydə alınıb? Aşağıda PFL-in təqdim etdiyi rəsmi statistikanı oxucularımızın diqqətinə çatdırırıq:

I Tur: "Kəpəz" 1-2 "Zirə" / 400 tamaşaçı

III Tur: "Kəpəz" 0-3 "Qəbələ" / 900 tamaşaçı

V Tur: "Kəpəz" 0-1 "Qarabağ" / 500 tamaşaçı

VII Tur: "Kəpəz" 2-1 "Şamaxı" / 300 tamaşaçı

X Tur: "Kəpəz" 0-2 "Neftçi" / 3000 tamaşaçı

XII Tur: "Kəpəz" 3-0 "Səbail" / 2121 tamaşaçı

XIV Tur: "Kəpəz" 0-0 "Turan Tovuz" / 3000 tamaşaçı

XVI Tur: "Kəpəz" 0-1 "Sumqayıt" / 300 tamaşaçı

XVII Tur: "Kəpəz" 0-0 "Sabah" / 600 tamaşaçı

Rauf İskəndərov / Premyer.az / Qəbələ

Foto: Rauf İskəndərov

112     
Reklam

Reklam