Bu gün Azərbaycan Premyer Liqasının XIX turunun ikinci oyun günündə "Turan Tovuz" lider "Qarabağ"ı qəbul edir.
Premyer.az saytının Tovuza ezam olunmuş müxbiri bildirir ki, qarşılaşmanın başlamasına hələ təxminən 1 saat qalsa da, oyuna maraq çox böyükdür.
Qeyd edək ki, bu mösüm öz meydanında keçirdiyi 9 oyunu, ümumilikdə 30300 tovuzlu azarkeş izləyib. Ən çox azarkeş isə, III turda, "Qarabağ"la oyunda qeydə alınıb - 5800.
Aşağıda PFL-in təqdim etdiyi rəsmi statistikanı oxucularımızın diqqətinə çatdırırıq:
I Tur: "Turan Tovuz" 0-2 "Qəbələ" / 5500 tamaşaçı
III Tur: "Turan Tovuz" 0-2 "Qarabağ" / 5800 tamaşaçı
VI Tur: "Turan Tovuz" 2-0 "Kəpəz" / 5000 tamaşaçı
VIII Tur: "Turan Tovuz" 1-3 "Zirə" / 2500 tamaşaçı
X Tur: "Turan Tovuz" 2-2 "Səbail" / 4000 tamaşaçı
XII Tur: "Turan Tovuz" 1-0 "Sumqayıt" / 3000 tamaşaçı
XIII Tur: "Turan Tovuz" 1-3 "Şamaxı" / 1000 tamaşaçı
XV Tur: "Turan Tovuz" 0-1 "Sabah" / 1500 tamaşaçı
XVII Tur: "Turan Tovuz" 0-1 "Neftçi" / 2000 tamaşaçı
Rauf İskəndərov / Premyer.az / Şamaxı
Foto: Rauf İskəndərov