Azərbaycan xalqının qan yaddaşı – 20 Yanvar faciəsindən 33 il ötür.
Bununla əlaqədar olaraq ölkəizin 1 nömrəli klubunun nümayəndələri, “Neftçi-2” komandasının və “Neftçi” Futbol Akademiyasının üzvləri Şəhidlər Xiyabanını ziyarət edərək Qanlı Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad edərək, məzarlar önünə gül qoyublar.