Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
502 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən 3-ü yer alıb.
“Qarabağ” 139 xalla ən yaxşı göstəriciyə malikdir. Ağdam təmsilçisi 7 pillə irəliləyərək 78-ci olub.
“Neftçi” 66,5 xalla 290-cı, “Zirə” isə 50,25 xalla 478-ci yerdə qərarlaşıb.
İlk “3-lük”də müvafiq olaraq “Flamenqo” (Braziliya – 299 xal), “Palmeyras” (Braziliya - 284) və “Liverpul” (İngiltərə - 273) qərarlaşıb.