"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib. Klubdan verilən məlumata görə, "dənizçilər" David Qomisi transfer edib.
Qvineya-Bisau əsilli fransalı hücumçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, David Qomis son olaraq Fransa Liqa 2-də çıxış edən "Pau" komandasının şərəfini qoruyub. O, Qvineya-Bisau yığmasının da üzvüdür.