Premyer.Az » Xəbərlər » Əsas xəbərlər » “Neftçi” Antalyada ikinci yoxlama oyununu keçirib

“Neftçi” Antalyada ikinci yoxlama oyununu keçirib

Türkiyənin Antalya şəhərinin Belek bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib. Komanda Polşanın “Medz Leqnisa” klubuna 1:2 hesabı ilə məğlub olub. “Gloria Golf Club”ın stadionunda baş tutan matçın 15-ci dəqiqəsində Ağadadaş Salyanski hesabı açsa da, 49 və 53-cü dəqiqələrdə rəqib futbolçu Ancelo Henriqez fərqlənib.

Qeyd edək ki, qardaş ölkədəki ilk yoxlama matçında Macarıstan “Vaşaş”ı ilə heç-heçə edən (1:1) “Neftçi” sonuncu oyununu yanvarın 19-da Serbiyanın “Srvena Zvezda” klubuna qarşı keçirəcək.

149     
Reklam

Reklam