Premyer.Az » Xəbərlər » Əsas xəbərlər » Bu ölkədəki stadiona Pelenin adı veriləcək

Bu ölkədəki stadiona Pelenin adı veriləcək

Kabo-Verde hökuməti FIFA prezidenti Canni İnfantinonun hər ölkədə Pelenin adına stadionun olması təklifini dəstəkləyib.

Bunu ölkənin Baş naziri Xose Ulisses Korreya i Silva sosial şəbəkələrdə açıqlamasında bildirib. 

 Açıqlamada deyilir: “Peleyə təşəkkür edərək. Dünyanın bir çox ölkəsi tərəfindən dəstəklənəcəyinə inandığım təşəbbüsün bir hissəsi olaraq Milli stadionumuzun adını “Pele Stadion” adlandırmaq niyyətindəyik. Kabo-Verdi və Braziliyanın birgə tarixi və mədəniyyəti var”. 

Qeyd olunur ki, Pelenin adını daşıyacaq Milli stadion 15 min tamaşaçı tutumuna malikdir və Kabo-Verde millisi ev oyunlarını bu arenada keçirir. 


192     
Reklam

Reklam