Premyer.Az » Xəbərlər » Əsas xəbərlər » “Qəbələ”nin Antalyadakı 3 rəqibi müəyyənləşdi

“Qəbələ”nin Antalyadakı 3 rəqibi müəyyənləşdi

“Qəbələ” 2022/23 mövsümünün ikinci yarısının hazırlığını gerçəkləşdirmək üçün Türkiyəyə yollanıb. 
Antalyada qış təlim-məşq toplanışı keçirəcək “qırmızı-qaralar” yanvarın 17-dək qonşu ölkədə hazırlaşacaq.  Komanda “Limak Lara” otelində məskunlaşacaq. 
Hazırlıq prosesində “Qəbələ” üç yoxlama oyunu keçirəcək. “Qırmızı-qaralar” yanvarın 12-də Rumıniyanın “Sepsi”, 14-də Almaniyanın “Lukenvalde”, 16-da Çexiyanın “Teplitse” klubu ilə görüşəcək.
Xatırladaq ki, Misli Premyer Liqasında mövsümün ikinci yarısı yanvarın 24-də start götürəcək. “Qəbələ” ilin ilk matçını Gəncədə “Kəpəz”ə qarşı keçirəcək.


155     
Reklam

Reklam