Bu gün Azərbaycan Premyer Liqasının XVIII turunun ikinci oyun günündə "Qəbələ" "Turan Tovuz"u qəbul edir.
Premyer.az saytının Qəbələyə ezam olunmuş müxbiri bildirir ki, 3500 tamaşaçı tutumuna malik olan Qəbələ şəhər stadionunda oyunu təxminən 300-400 nəfər arası azarkeş izləyir.
Bəs bu mövsüm öz meydanında keçirdiyi 8 oyunda ən çox azarkeş sayı hansı turda qeydə alınıb?
IX turda keçirilmiş "Qəbələ" 0-1 "Qarabağ" qarşılaşmasını 1600 tamaşaçı izləyib. Bu nəticə, hələ ki, mövsümün rekordu sayılır.
Rauf İskəndərov / Premyer.az / Qəbələ
Foto: Rauf İskəndərov