Premyer.Az » Xəbərlər » Əsas xəbərlər » Azərbaycan əsilli gimnast Böyük Britaniyada ilin gənc idman ulduzu seçildi! FOTOLAR

Azərbaycan əsilli gimnast Böyük Britaniyada ilin gənc idman ulduzu seçildi! FOTOLAR

Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli dünya çempionu, gimnast Cesika Qədirova BBC-nin elan etdiyi Böyük Britaniyanada “İlin gənc idman ulduzu” nominasiyasına layiq görülüb.
Premyer.az Böyük Britaniya mətbuatına istinadən xəbər verir ki, Cesika Qədirova ikiqat Avropa çempionudur. O, əkiz bacısı Ceniferlə İrlandiyanın Dublin şəhərində doğulub. Onlar beynəlxalq yarışlarda Böyük Britaniyanı təmsil edirlər. 
Tokio Yay Olimpiya Oyunlarında Qədirova bacıları komanda şəklində üçüncü yeri tutaraq, son 93 ildə ilk dəfə bu idman növü üzrə Olimpiya medalını Böyük Britaniyaya qazandırıblar. Bacıların valideynləri 2001-ci ildə Azərbaycandan Böyük Britaniyaya köçüblər. Əkizlər 2004-cü il 3 oktyabr tarixində İrlandiyanın Dublin şəhərində anadan olublar. İngiltərə və İrlandiya vətəndaşı olan Qədirova bacıları altı yaşlarından etibarən gimnastika ilə məşğul olurlar.


372     
Reklam

Reklam