14.12.2022-ci il tarixində Misli Premyer Liqasının XVII turunun “Kəpəz” – “Sabah” oyununda “Sabah” komandasının 29 nömrəli oyunçusu Ceyhun Nuriyev oyunun 90-cı dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçuya 3 aylıq sınaq müddəti təyin olunsun, ümumilikdə 4 oyun olmaqla, 2 oyun şərti və 2 oyun cəzalandırılsın, klub 3200 manat cərimə edilsin (maddə 37.3).
14.12.2022-ci il tarixində Misli Premyer Liqasının XVII turunun “Kəpəz” – “Sabah” oyununda “Sabah” komandasının qapıçılar üzrə məşqçisi Vitali Kovalyov hakimlərə qarşı etiraza görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın və klub 800 manat cərimə edilsin (maddə 47.3).
17.12.2022-ci il tarixində Misli Premyer Liqasının XVII turunun “Turan Tovuz” – “Neftçi” oyununda “Neftçi” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilsin (maddə 39.).
16.12.2022-ci il tarixində I Divizionun XV turunun “İmişli” – “Turan Tovuz-2” oyununda “İmişli” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilsin (maddə 39.).
16.12.2022-ci il tarixində I Divizionun XV turunun “İmişli” – “Turan Tovuz-2” oyununda meydana kənar şəxs daxil olduğuna görə “İmişli” klubu 160 manat cərimə edilsin. (maddə 49.2).
17.12.2022-ci il tarixində I Divizionun XV turunun “Şamaxı-2” – “Zirə-2” oyununda “Zirə-2” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilsin (maddə 39.).
17.12.2022-ci il tarixində I Divizionun XV turunun “Səbail-2” – “Mingəçevir” oyununda “Mingəçevir” komandasının 57 nömrəli oyunçusu Sahil Həsənovun oyunun 90+2-ci dəqiqəsində ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun kənarlaşdırılır, 20 manat cərimə edilsin ( maddə 47.2.).
17.12.2022-ci il tarixində I Divizionun XV turunun “Zaqatala” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilsin (maddə 39.).